Milli komandamızın qapıçısı Kamran Ağayev karyerasını ölkə daxilində davam etdirəcək. 

Unikal.org Apasport.az-a istinadən bildirir ki, "qolkiper" "Neftçi"də çıxış edəcək.

Artıq tərəflər arasında razılıq əldə olunub. "Ağ-qaralar bu keçidə görə "Boaviştaya müəyyən məbləğ ödəyəcək.
"Çərçivə qoruyucusunun qısa zamanda paytaxt təmsilçisinin sıralarına qoşulacağı gözlənilir.
Qeyd edək ki, hazırda Portuqaliyanın "Boavişta klubunda çıxış edən Ağayev bir neçə dəfə ölkəyə qayıtmaq istədiyini açıqlayıb.