Ağcabədidə yanğın qeydə alınıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Ağcabədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 42 m2 olan qarajın çardağının yanar konstruksiyaları 15 m2 sahədə yanıb.

Qarajın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.