"Ola bilər ki, Rusiya xüsusi xidmət orqanlarında Serj Sarkisyanın seks kaseti var və ruslar bununla Ermənistan liderini şantaj edirlər".

Unikal.org-un məlumatına görə, bu barədə erməni jurnalist Razmik Akopcanyanın «Armenianreport» portalında dərc etdiyi məqaləsində bildirilir. ABŞ prezidenti Donald Trampa qarşı Rusiya rəhbərliyinin əlində intim kasetlərinin olmasını şərh edən erməni jurnalist öz ölkəsinin rəhbərləri ilə analogiya aparır.

Onun sözlərinə görə, Ermənistan liderlərini şantajetmək üçün Rusiyanın əlində yetərincə mateiral var: "Robert Koçaryan və Serj Sarkisyan, əlbəttə ki,milyardlarla dollar oğurlayıblar. Hər iki prezident - indiki və keçmiş prezident bilir ki, Kremldə bu məsələdən xəbərdardırlar.

Amma müəllifin fikrincə, təkcə bu, Serj Sarkisyanın Rusiyanın qabağında bu qədər əyilməsinə səbəb ola bilməz: "O açıq aydın mövqelərini təhvil verir, Kremlin bütün əmrləri ilə razılaşır. Mən hələ Avrasiya İttifaqına biabırçı qəbul olunmanı demirəm, bundan artıq geriyə yol yoxdur. Həmçinin, məhz Sarkisyanın dövründə Ermənistanın Qarabağ məsələsində mövqeləri həddindən zəifləyib.(istipress)