Qobustanda yanğın hadisəsi baş verib.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Qaradağ rayonu, Qobustan qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 430 m2 olan birmərtəbəli mərasim evinin lambirdən ibarət tanavı 15 m2 sahədə, 10 ədəd stul və 1 ədəd kondisioner yanıb.

Mərasim evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.