Qırğızıstanda qəzaya uğramış yük təyyarəsi "Türk Hava Yolları"na məxsus deyil.

Unikal.org xəbər verir ki, barədə RİA Novosti-yə Türkiyənin Rusiyadakı səfirliyindən deyiblər.

Bildirilib ki, sözügedən təyyarə Türkiyənin özəl şirkətinə məxsusdur.

Qeyd edək ki, bu gün səhər saatlarında Bişkek yaxınlığında Türkiyənin "Türk Hava Yolları" aviaşirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi qəzaya uğrayıb.

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 32 nəfərin həlak olduğu bildirilir.