"Wallet One beynəlxalq ödəniş sistemi Azərbaycanda "elektron pulqabını istifadəyə verib.

Unikal.org xəbər verir ki, bu barədə trend-ə elektron ödəniş sistemi bazarındakı mənbə bildirib.

"Wallet One sistemi internet vasitəsilə xidmətlərin ödənişi, pulköçürmə və s. kimi maliyyə əməliyyatlarının aparılması üçün tətbiq edilir. Elektron pulqabının balansını "eManat ödəniş terminalları vasitəsilə, bank kartlarından istifadə ilə onlayn şəkildə və banklarda doldurmaq olar.

"Elektron pulqabının köməyi ilə mobil telefon və ya kompüter vasitəsilə mal və xidmətlərə görə sürətli ödənişlər etmək olar.

Bu tətbiq "iOS və "Android əməliyyat sistemləri əsasında işləyən mobil qurğular üçün əlçatandır.