Azərbaycanda saxta diplomlarla bağlı daxil olan müraciətlər azalıb.

Unikal.org-un məlumatına görə, bunu Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirilən mətbuat konfransında söyləyib.

O bildirib ki, Azərbaycanda saxta diplomlar iki qrupa bölünür:

"Birinci diplomlara baxanda saxta olduğu müəyyən edilir. İkinci saxta diplomlar isə həqiqi diplomdan seçilmir. Diplomlarla bağlı rayon icra hakimiyyətlərindən, dövlət imtahan mərkəzindən müraciətlər daxil olur. Rayon icra hakimiyyətləri Təhsil Nazirliyinə müraciət edir və nazirliyin rəyi nəticəsində bizə müraciət göndərilir. Ötən illərlə müqayisədə hazırda müraciətlər azalıb".