Daxili İşlər Nazirliyi (DİN) Bərdədə 14 yaşlı yeniyetmənin qətli ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, yanvarın 14-də Bərdə rayonunun Mollagüllər kəndi ərazisində Kəlbəcər rayon sakini, 14 yaşlı Həsrət Mirzəməmmədov döymə xarakterli xəsarətlərlə xəstəxanaya aparılarkən yolda ölüb.

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Tapdıq Mustafalı tutulub.