"Mən çox yaşayacam və qocalmayacam. Hamının həyatında ağır, qəmli günləri olur. Heç kimin pis gününə sevinən deyiləm.

Unikal.org-un məlumatına görə, bu sözləri əməkdar artist Rühəngiz Allahverdiyeva "ATV maqazin onlarla verilişində deyib.

Müğənni müflis olması və ev sıxıntısı çəkməsi xəbərlərinə münasibət bildirib:

"Qəlbim çox kövrəkdir. Evim darısqaldır, bunun sıxıntısını çəkirəm. Amma küçədə qalmamışam... Uşaqlarıma təhsil vermişəm, birini evləndirmişəm, ona mənzil almışam. Ağlım kəsəndən özüm özümə baxmışam. Uşaqlarımı oxutduranda da pulunu özüm ödəmişəm. Evə bir yerdən gəlir gəlib, onu da mən özüm sənətimlə etmişəm.