Rusiya Prezidenti Vladimir Putin qırğızıstanlı həmkarı Almazbek Atambayevə bu gün səhər saatlarında Bişkek yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.

Bu barədə Unikal.org Rusiya mətbuatına istinadən məlumat verir.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 37 nəfərin həlak olduğu bildirilir.