Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovla bağlı danışıb. 

Unikal.org-un Qafqazinfo-ya istinadən məlumatına görə, idarə rəisi qeyd edib ki, "Rabitə işi" ilə bağlı təqsirləndirilən şəxslər tərəfindən ziyanın ödənilməsi təmin olunub:

"Cinayət işi ayrıca icraata götürülüb, Baş İdarə tərəfindən istintaqı aparılır. Bu cinayət işi çərçivəsində də ziyanın ödənilməsi davam etdirilir. Yerdə qalan detalları isə icazə verin, açıqlamayım. Nə qədər ki, istintaq gedir, bu, istintaq sirridir.

"Əli Abbasov pulu təqsirləndirilən şəxs qismindəmi ödəyib? sualına K.Əliyev "Əli Abbasov təqsirləndirilən şəxs qismində ödəmiş olsaydı, yəqin ki, indi o da məhkəmədə olardı. Hesab edirəm ki, ətraflı cavab verdim,- deyə bildirib.