Qırğızıstanda Bişkekin "Manas hava limanı yaxınlığında qəzaya uğramış Türkiyəyə məxsus "Boeing 747-400 təyyarəsinin "qara qutusu aşkar edilib.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə yerində aşkar olunmuş "qara qutu" qəzanı araşdıran xüsusi hökumət komissiyasına təhvil veriləcək.

Qeyd edək ki, qəzanın səbəblərinin araşdırılması üçün Bişkekə Dövlətlərarası Aviasiya Komitəsinin ekspertləri gələcəklər.

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 37 nəfərin həlak olduğu bildirilir.