Xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 19-da Malayziyaya səfər edəcək.

Bu barədə Unikal.org-a XİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazir İƏT Xarici İşlər Nazirləri Şurasının Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçiriləcək fövqəladə iclasına qatılacaq. İclas Myanmarda Royhnqiya müsəlmanlarının vəziyyətinə həsr olunacaq.