Şamaxı rayonunda top mərmisi tapılıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Unikal.org-a verilən məlumata görə, rayonun Saqiyan kəndində, torpaq sahəsində 1 ədəd partlamamış hərbi sursat - 100 mm-lik top mərmisi (PS-34) aşkar edilib.

Tapılan mərmi daşınması mümkün olmadığına görə yerində zərərsizləşdirilib.