Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

Unikal.org-un məlumatına görə, sabah saat 10:00-dan 18:00-dək "Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Hərbi-hissə (Xaşa-xuna) və "Zeytun qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işlərinin Bakı şəhəri Xəzər rayonunun Xaşaxuna Bağ massivi, Şüvəlan və Qala qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.