Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

Unikal.org apa-ya istinadən xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Taleh Bağırov son sözünü başa çatdırandan sonra Cahad Babakişizadə, Fərhad Balayev, Etibar İsmayılov və Ramin Yarıyev çıxış edərək, özlərini təqsirli bilməyiblər.

Digər təqsirləndirilən şəxslər növbəti prosesdə son söz deyəcəkləri bildirilib.

Proses yanvarın 18-də davam etdiriləcək.