Türkiyənin Diyarbakır bölgəsində çevik polis qüvvələrinə edilən "bomba" hücumu nəticəsində 1 polis şəhid olub, 9-u yaralanıb.

Unikal.org "Habertürk"ə istinadən xəbər verir ki, hadisə əyalətin Diclə Unversitetində olub.
Hücumu terrorçu PKK silahlılarının törətdiyi ehtimal edilir.

Diyarbəkirdə, Diclə Universitetinin yaxınlığında qəbiristanlıq divarının kənarında PKK terrorçularının yola qoyduqları partlayıcı polis daşıyan avtobus keçən zaman parladılıb. Hazırda bir polis əməkdaşı şəhid olub, 9-u yaralanıb. 

***

 Türkiyənin Diyarbakır bölgəsində çevik polis qüvvələrinə edilən "bomba"lı hücum nəticəsində şəhid olan polislərin sayı 3-ə çatıb. 3 polis isə yaralanıb.