Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona məşqçilik karyerasını bərpa edir. Argentinalı idman ustası bir vaxtlar futbolçu kimi çıxış etdiyi İtaliyanın "Napoli klubunun baş məşqçisi olacaq.
Unikal.org azertag-a istinadən xəbər verir ki, bu barədə D.Maradona İtaliya mətbuatına açıqlamasında bildirib. O deyib: "Neapollularla aramda ata-oğul münasibəti var. Otuz illik fasilədən sonra bu şəhərə ilk dəfə gəldiyim günün həyəcanını yaşayıram. Məqsədim komandanı "Yuventus, "Milan, "İnter və "Roma kimi klublarla başabaş mübarizə apara biləcək güclü bir kluba çevirməkdir.

Qeyd edək ki, D.Maradona 1984-1991-ci illərdə "Napolidə çıxış edib. Beş ildir ki, işsiz olan 56 yaşlı məşqçi son olaraq Birləşmiş Ərəb Əmirliklərinin "Əl Vasl klubunu çalışdırıb.