20 Yanvar faciəsinin 27-cü il dönümü ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq işləri davam edir. 

Unikal.org xəbər verir ki, Xiyabanın girişində qərənfillərdən ibarət kompozisiya hazırlanıb. Gül kompozisiyaları həm Şəhidlər Xiyabanının girişində, həm də xiyaban boyunca bir neçə yerdə quraşdırılıb. Xiyabanın girişində qərənfillərdən ibarət 20 yanvar sözləri də yazılıb. 

Şəhidlərin ruhunu yad etmək üçün həm bölgələrdən, həm də xarici ölkələrdən azərbaycanlılar gəlib.

Unikal.org Şəhidlər Xiyabanından fotoreportajı təqdim edir: