Lənkəranda VAZ markalı minik avtomobili piyadanı vurub.

Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, hadisə Zərifə Əliyeva küçəsində baş verib.

Hadisə nəticəsində xəsarət alan Bəşirov Ələkbər Qiyas oğlu sürücü tərəfindən Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hələlik hadisəni törədən avtomobilin sürücüsünün kimliyini müyyən etmək mümkün olmayıb.