Plovdiv şəhərindən uçan "Spartan" İtalyan hərbi təyyarəsi Bolqarıstanın paytaxtı Sofiyanın aeroportunda təcili eniş edib.

Unikal.org Rusiya mətbuata istinadən xəbər verir ki, təcili eniş barədə sorğu daxil olduqdan sonra dərhal təcili eniş halında tətbiq edilən iş planı aktivləşdirildi.

Uçuş-enmə zolağına yanğınsöndürənlər və həkimlər yönəldildi.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb.