Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Nida Vətəndaş Hərəkatının üzvü Rəhim Vəliyevə 30 sutkalıq inzibati həbs verilib.

Unikal.org xəbər verir ki, bu barədə R.Vəliyevin vəkili Cavad Cavadov məlumat yayıb.

O, Nərimanov Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəyini bildirib.