***11:24

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Davos forumunda iştirak edir.

Unikal.org xəbər verir ki, dövlət başçısının yanvarın 17-də Davosda Norveç Krallığının xarici işlər naziri Borge Brende ilə görüşü olub.

***
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Norveç Krallığının xarici işlər naziri Borge Brende ilə görüşü olub.

"Unikalşorg-un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Azərbaycan ilə Norveç arasında əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib. Norveçin bir sıra şirkətləri, xüsusilə Statoil şirkəti ilə Azərbaycan arasında yaxşı əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.