Ötən il ərzində Azərbaycana 5 746 ədəd avtomobil idxal olunub ki, bu da illik müqayisədə 4,66 dəfə azalma deməkdir.

Bu barədə Unikal.org-a  Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 4,76 dəfə azalaraq 4 991 ədəd, sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərədə tutulmuş motorlu nəqlyyat vasitələri - 8,5 dəfə azalaraq 96 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələri - 3,4 dəfə azalaraq 571 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri - 2,76 dəfə azalaraq 88 ədəd təşkil edib.