Qırğızıstan hökuməti Türkiyə Hava Yollarına məxsus"Boeing 747 yük təyyarəsinin qəzaya düşməsi nəticəsində ölən və yaralananların ailələrinə birdəfəlik yardım ayırıb.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, hökumət hər ailəyə yardım qismində təxminən min dollar verəcək.

Qeyd edək ki, "Manas aeroportundan 1,5 kilometr uzaqlıqda təyyarənin qəzaya düşməsi nəticəsində 17-si uşaq olmaqla, 38 nəfər ölüb.

Qırğızıstan hökuməti isə hadisənin terror aktı olması versiyasını istisna edib.