"Yaxalanmış terrorçu Yeni il gecəsi "Reina gecə klubunda cinayət törətdiyini etiraf edib. Barmaq izləri uyğun gəlir. Cinayətkar 1983-cü il təvəllüdlü Özbəkistan vətəndaşı Abdulqadir Maşaripovdur.

Unikal.org Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İstanbul valisi Vasip Şahin deyib.

V. Şahin bildirib ki, terrorçu Abdulqadir Maşaripov Türkiyəyə sərhədinə qanunsuz daxil olub: "O, Əfqanıstanda təlim keçib, 4 dil bilir. Bu terror aktını İŞİD adına həyata keçirib.

Terrorçuda 197 min dollar pul, tapança, SİM kartlar, eləcə də dron aşkarlanıb.

'Saldırının DEAŞ adına yapıldığı net'