Müğənni Sevda Yahyayeva "5/5 verilişinin qonağı olub.

Unikal.org-un məlumatına görə, sənətçi jurnalistin "2017-ci ildə sevənlərinə nə vəd edirsən sualına maraqlı cavab verib:

"Hər zamankı kimi yeni mahnılarım olacaq. "Sən olmasaydın serialındakı rolum davam edir. Bu yaxınlarda Ceyhun Əliyevlə duet təqdim edəcəm. Bu il toy da olacaq. Qismət olsa... Allah bütün subay qızlarımıza və oğlanlarımıza toy qismət etsin. Mənim də arzularım var".