Aydın Mirzəzadə: "Bu Rusiyanın özünün mövqeyinə ziddir

Xəbər verdiyimiz kimi bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransı keçirib. O, Moskvada baş tutan mətbuat konfransında bloger Aleksandr Lapşinin Azərbaycanın sorğusu əsasında Belarusda saxlanılması məsələsinə münasibət bildirib. O vurğulayıb ki, "Biz istənilən jurnalist və şəxsin dünyanın istənilən yerində hər hansı yeri ziyarət etməsini kriminallaşdırılmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin əleyhinəyik.

Bildergebnis für aydan mirzəzadəMəsələ ilə bağlı Unikal.org-a danışan Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə Lavrovun məlum fikirləri səsləndirməsinə təəssüfləndiyini deyib:
"Mən Rusiya rəsmisinin bu mövqeyini qətiyətlə pisləyirəm. Hesab edirəm ki, Lavrovun bu cür çıxışı Rusiyanın özünün mövqeyinə ziddir. Təsəvvür edək ki, Yaponiyalı jurnalist Kuril adalarını öz dövlətlərinə məxsus hesab etdiyinə görə, Rusiyadan viza almadan sözügedən əraziyə səfər edir. Bunun bağlı Rusiya tədbir görülməsini tələb etdikdə mənim üçün maraqlıdır ki, Lavrov Lapşinlə bağlı səsləndirdiyi fikri sözügedən jurnalistlə bağlı səsləndirərdimi? Hesab edirik ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir. İşğal edilmiş zonaya səfər edən hər kəs Azərbaycan XİN-dən viza almalı və səfəri barədə məlumat verməlidir. Azərbaycanın ərazisinə vizasız daxil olan istənilən şəxs cəzalandırılmalıdır. Lapşin də bu katiqoriyadan olan insanlardandır. Lavrovun bəyanatı Rusiyanın özünün mövqeyinə və beynəlxalq normalara ziddir.

Qeyd edək ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov da məsələyə münasibət bildirib. O, deyib:

"Bu sırf hüquqi müstəvidə baxılan məsələdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq, Azərbaycan sərhədlərini qanunsuz olaraq keçmiş, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik nümayiş etdirmiş S.Lapşin barəsində cinayət işi açılıb. Onun barəsində "Interpol xətti ilə beynəlxalq axtarış elan edilib. MDB çərçivəsində Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il Kişinyov konvensiyası əsasında Belarusda saxlanılmış A. Lapşinin ekstradisiyası üçün müvafiq sənədlər təqdim olunub. Rusiyaya qarşı eyni hərəkətləri törətmiş və onun sərhədlərini qanunsuz keçmiş şəxsə münasibətdə də Rusiyanın hüquq-mühafizə orqanları eyni addımları atardılar".

Amid Əyyuboğlu