Bakıda qadınların iştirakı ilə törədilmiş quldurluq cinayəti ilə bağlı bəzi məqamlar üzə çıxıb. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, yanvarın 13-də gecə saatlarında baş vermiş hadisədə zərərçəkmiş Biyar Cumaah Shaikani İraq Respublikasının vətəndaşıdır və Bakıda universitetlərdən birində təhsil alır. O, internetdə tanış olduğu 25-26 yaşlı qızlarla Nərimanov rayonundakı gecə klubunda görüşüb. Daha sonra tərəflərlər arasında narazılıq baş verib və C.Biyar küçəyə çıxıb. Qızlara küçədə köməyə çağırdıqları Anar Kərimovla birgə iraqlı gənci döyərək ondan 400 manat alıblar.

Artıq cinayətdə şübhəli bilinən Zəngilan rayon sakini Çinarə Bəhlulzadə, Bakı şəhər sakini Anar Kərimov, Elvira Ələsgərova tutulub. Araşdırmalar davam etdirilir.