Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, Abşeron Rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, bu gün rayonun Xırdalan şəhərində "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 1978-ci il təvəllüdlü Muxtarov Aydın Sərdar oğlunu vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.