Vyana məhkəməsi cüdo üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Peter Zayzenbaherlə bağlı qərarını açıqlayıb.

Unikal.org-un apasport.az-a istinadən məlumatına görə, ikiqat Olimpiya çempionunun həbsinə qərar verilib.

Pedofiliyada günahlandırılan 56 yaşlı mütəxəssis haqda artıq beynəlxalq axtarış elan olunub. Buna səbəb Zayzenbaherin məhkəmə proseslərinə gəlməməyi və istintaqdan gizlənməsidi.

Qeyd edək ki, Zayzenbaher 2 uşağı - 11 və 13 yaşlı yetirmələri zorlamaqda ittiham olunur.

O, 1990-cı ilin sonlarında 2000-ci ilin əvvəllərində törətdiyi əməllərə görə indi cavab verməli olub.