Çinin Ninsya-Huey muxtar rayonunda yük maşını bir neçə yaşayış evini dağıdıb.

Bu barədə Unikal.org "RİA Novosti"yə istinadən məlumat verir.

Yüksək sürətlə hərəkət edən yük maşını evlərə çırpılıb. Hadisə nəticəsində 4 nəfər həlak olub. Məlumatlara görə, qəzaya səbəb avtomobilin əyləc sisteminin sıradan çıxması olub.