ABŞ Ədliyyə Nazirliyi, ingilis avtomobil istehsalçısı "Rolls Royce"un xarici hökumət nümayəndələrinə rüşvət verdiyi səbəbindən üç ölkəyə 800 milyon dollar cərimə ödəyəcəyini açıqlayıb.

Unikal.org haberler.com-a istinadən xəbər verir ki, avtomobil şirkəti 605 milyon dollar İngiltərəyə, 170 milyon dollar ABŞ-a və 25 milyon dollar Braziliyaya cərimə ödəyəcək. Adı keçən üç ölkənin korrupsiya ilə mübarizə aparan əməkdaşlarının həyata keçirtdikləri istintaq nəticəsində şirkət 2000-2013-cü il dövründə xarici hökumət səlahiyyətlilərinə tenderlərdə qalib gəlmək üçün 35 milyon dollar rüşvət verdiyi ortaya çıxıb.

"Rolls Royce" şirkəti artıq ona qarşı çıxarılan ittihamları qəbul edib. Çin, Tayland, Braziliya, Hindistan, Rusiya, Qazaxıstan, Azərbaycan, Anqola, Malayziya, Nigeriya və İraq hökumət nümayəndələrinin şirkətdən rüşvət aldığı məlum olub.