"Xocalı Soyqırımında əlil olan şəxslərin statusu dəyişdirilməli və bu barədə təcili qərar qəbul edilməlidir

Image result for musa quliyevBu sözləri Unikal.org-a Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, Əmək və Sosial Siyasət komitəsinin üzvü Musa Quliyev bildirib.

Deputat təəssüflə deyib ki, Xocalı Soyqrımında əlil olan şəxslərə milli münaqişə zəmnində əlillik statusu verilib:

"Axı bu soyqırımı milli münaqişə deyildi. Bu, ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş bir soyqırımı idi. Mən bu məsələni bir neçə dəfə Milli Məclisdə qaldırdım. Nazirlər Kabinetinə də məktub göndərdim. Bildirdim ki, burada əlilliyin səbəbi dəyişdirməli və sənəddə "Xocalı Soyqırımı zamanı əlil olmuş şəxs sözü qeyd olunmalıdır. Milli münaqişə başqa məsələdir.
Biz beynəlxalq qrumlardan Xocalı Soyqırımını tanımalarını tələb edirik. Ancaq, Xocalıda əlil olmuş şəxslərə milli münaqişə zəmində əlillik statusu veririk. Bu tarixi ədalətsizlikdir. Belə olan halda o adamların statusu bir qədər də aşağı düşür. Bu cür əlillik arayışları bizim özümüzə qarşıdır. Beynəlxalq təşkilatlar hər an bizdən bunu tələb edə bilər. Bir tərəfdən onlar qarşısında Xocalı Soyqırımının tanınmasını tələb edirik, digər tərəfdən həmin faciədə əlil olanlara milli münaqişə zəmnində əlillik dərəcəsi veririk. Tamamilə yanlış və absurd məsələdir.
Musa Quliyev "20 Yanvar Cəmiyyətinin sədri Sultan Əzimzadənin 20 Yanvar faciəsində əlil olan şəxslərin sənədindəki yanlışlıqla bağlı fikirlərinə də münasibət bildirib:
"1990-ci il 20 yanvar Bakı hadisələri ilə bağlı əlillik dərəcəsi müəyyənləşib. Onların da bütün statusuları Qarabağ əlilləri ilə eynidir. Ola bilər ki, 20 Yanvar faciəsinin ilkin dövründə həkimlərin səhvi nəticəsində sənəddə yanlış yazılıb. O vaxt hadisə ilə bağlı Hökmətin qərarı və qanun olmadığından belə halların baş verməsi istisna deyildi. 1990-ci illərdə 20 Yanvar hadisəsi zamanı əlil olanların sənədində əmək zədəsi qeyd oluna bilər. Amma status hamısında eynidir. Kimdə problem varsa, mənimlə əlaqə saxlaya bilər və bu məsələdə yaxından öz dəstəyimi göstərməyə hazıram. Həmçinin onlar sənədi gedib dəyişdirə də bilərlər.