Bu gün səhər saatlarında İtaliyanın mərkəzi hissəsində güclü zəlzələ baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, yeraltı təkanlar 5,4 bal gücündə qeydə alınıb. 

Zəlzələnin episentri Marke və Abrutsso vilayətləri arasında olub.

Yeraltı təkanlar güclü olduğundan paytaxt Romanın bəzi rayonlarında da titrəyişlər hiss olunub.