Hindistanın "Air India aviaşirkəti qadın sərnişinlər üçün xüsusi oturacaqlar ayıracaq.

Unikal.org xəbər verir ki, şirkət bununla təyyarədə qadınlara qarşı cinsi hərəkətlərin qarşısını almağı düşünür. Aviaşirkətin qərarına əsasən, yanvarın 18-dən etibarən bəzi təyyarələrdə belə oturacaqlar ayrılacaq.

Hindistan mediası "Air Indianın bu qərarını ötən ilin dekabrın 21-də Mumbaydan Nyu-Yorka uçan təyyarədə bir qadın sərnişinə qarşı cinsi hərəkətlərlə bağlı qalmaqalla əlaqələndirir.