Rövşən Lənkəranskini də müdafiə edən vəkil danışdı.

Unikal.org lent.az-a istinadən xəbər verir ki, tanınmış vəkil Ceyhun Yusifov bildirib ki, məhkəmə prosesindən sonra avtomobilim daş-qalaq olub, fiziki təzyiqə məruz qalmışıq.

"Bununla bağlı polisə müraciət etdik. Məhkəmə isə həmin adamları 50 manat cərimə edib, buraxdı. Psixoloji təzyiq Rövşən Lənkəranskinin işində oldu. Çox gərgin vəziyyətdə çalışırdıq.Detallara getmək istəmirəm. Allah rəhmət eləsin, sonuncu işi idi, 2011-ci il. Kiyevdə tutulub gəlmişdi, şükürlər olsun ki, o işdə də gücümüzü ortaya qoyduq. Rövşən Lənkəranski məhkəmə zalından azadlığa çıxdı. Detalları tam xatırlamıram, amma yadımda qalan odur ki, çox gərgin bir proses oldu.

Xatırladaq ki, Azərbaycanlı "qanuni oğru Rövşən Canıyev ("Rövşən Lənkəranski) avqustun 18-də Türkiyədə öldürülüb. "Rövşən Lənkəranski kimi məşhurlaşan R.Canıyev İstanbulun Beşiktaş bölgəsində qaldığı hoteldən çıxdıqdan sonra onun olduğu avtomobil pusquya düşüb. Hoteldən çıxan "Range Rover markalı, Az 90 ND 011 dövlət nömrə nişanlı maşın 10 metr irəlidə pusqu quranların silahlı hücumuna məruz qalıb. Çarpaz atəşə tutulan avtomobil dəlik-deşik edilib. Avtomobilin içərisində olan "Lənkəranski və adı açıqlanmayan sürücüsü ağır yaralı olaraq təcili yardımla xəstəxanaya aparılıb.