Braziliyalı biznesmen Pedro Qreden Bartell Uruqvay kazinolarının birində 35 min dollar qoyub və uduzmayıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, "Ayaqqabı kralı" kimi də tanınan Pedro bütün fişkaları 32 sayına qoyub və ruletka məhz bu sektoru "seçib". Ayaqqabı fabrikinin sahibinin bəxti üzünə gülüb və o, düz 3,5 milyon dollar qazanıb.

Şahidlər iş adamının qalib olduğu zaman verdiyi reaksiyasını telefonun kameralarına çəkib. Sözügedən video sosial şəbəkələrdə izlənmə rekordu qızıb. İş adamı qalib olduğunu görəndə öz dostları ilə birlikdə rəqs etməyə başlayıb. Bütün zal isə onu qalib olması münasibəti ilə alqışlayıb.

Qeyd edək ki, onun şirkəti Braziliyada ayaqqabı sənayesində lider mövqe tutur, həmçinin dünya üzrə ən iri səndəl istehsalçısıdır. Pedronun şirkəti böyüklüyünə görə Braziliya bazarında üçüncü yerdədir. Perdo həmçinin məşhur milyarder Aleksandr Qrendena Bartelin qardaşı oğludur.