"Qızım dedi ki, sənə bir şey olsa, mən nə edərəm?.

Unikal.org xəbər verir ki, bu sözləri aparıcı Lətafət Ələkbərova "Həyat tərzi verilişində deyib.

Bir müddət əvvəl anasını itirən və gündəmdən uzaqlaşan aparıcı uzun fasilədən sonra ilk dəfə efirə çıxıb. 

Aparıcı keçirdiyi çətin günlərdən danışıb:

"Anam dünyasını dəyişdikdən sonra özümə qəsd edə bilərdim. Vəfa adlı yaxınım dörd-beş gecə yanımda qaldı, mənə dəstək oldu. Qızımın sözlərindən sonra ayağa qalxdım. Təslim olsam, anam narahat olar. O, məni hər zaman güclü görmək istəyirdi. Son on gündür çox pis xəstə idim, yerimdən də qalxmırdım. Hər kəs əlindən gələni etdi ki, kədərə təslim olmayım.