Bakıda fərdi yaşayış evindən 6 500 manat pul və müşahidə kameraları oğurlanıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda baş verib.

Belə ki, 1977-ci il təvəllüdlü Xatirə Əsgərovaya məxsus E.Əzizov küçəsi ev 11Q ünvanında yerləşən fərdi yaşayış evindən oğurluq edilib. Naməlum şəxs və ya şəxslər açarseçmə yolu ilə evdən 6 500 manat pul və müşahidə kameralarını və yaddaş diskini oğurlayıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.