TBMM-də yeni Konstitusiya görüşmələri əsnasında millət vəkilləri arasında baş verən dava zamanı AK Partiyadan olan deputat Məhəmməd Balta hücuma məruz qalıb.

Unikal.org türk mətbuatına istinadən xəbər verir ki, millət vəkilinin şikayəti əsasında istintaq başladılıb.

İstintaq çərçivəsində ifadə verən Məhəmməd Balta dava vaxtı ayağını kimin dişlədiyini görmədiyini bildirib.