Türkiyədə yayımlanacaq "Recep İvedik 5 filminin treylerindəki boks səhnəsi narazılıqlara səbəb olduqdan sonra filmin müəllifi Şahan Gökbahar həmin hissənin filmdən çıxarıldığını bəyan edib.

Unikal.org-un xəbərinə görə, o, bunu yaydığı videomüraciətdə açıqlayıb.

"Mən filmlərimi gülmək və güldürmək üçün hazırlayıram. Həmişə belə etmişəm. Dolayısı ilə bir nəfər Azərbaycan türkü qardaşımın qeyri-məmnunluğu mənim könlümü yaralayar, mənim də xoşuma gəlməz. Məmnunluqla filmimdən bu səhnəni çıxarıram. Bu həm qardaşlığımın, dostluğumun mərd bir sübutu olsun, həm də pis niyyətlə filmin üzərinə getmək istəyən insanların oyunu pozulmuş olsun, deyə Şahan Gökbahar bildirib.

Qeyd edək ki, Azərbaycan boksçusu ilə bağlı səhnə həm Azərbaycanda, həm də Türkiyədə etirazlara səbəb olmuşdu.

"Recep İvedik 5 filmi fevralın 17-dən ekranlara çıxacaq.