Erməni blogger Artsun Avetisyanın yaydığı video materialda Ermənistan prezidenti Serj Sərkisyanın "qanuni oğrular - Ded Xasan kimi tanınan Aslan Usoyan, Çako ləqəbli Razmik Amoyan və kriminal aləmin digər nümayəndələri ilə bayram etdiyi bir məclisdən bəhs olunur.

Unikal.org xarici KİV-ə istinadən bildirir ki, restoranda hansı hadisənin bayram edildiyi məlum deyil.
 
Ancaq yayılan videodan Sərkisyanın kriminal aləmin "yuxarı dairələri ilə sıx əlaqəsinin olduğu aşkar görünür.
 
Əgər göstərilən tarix həqiqətdirsə, bu hadisə 1993-cü il mayın 28-də baş verib.
 
Serj Sərkisyan həmin görüşdən dərhal sonra - 1993-cü ilin avqustunda Ermənistanın müdafiə naziri olub. Mənbələrin iddiasına görə, o vaxt Qarabağda gedən müharibə zamanı "avtoritetlər silahla təminat məsələsini həll ediblər, ona görə də Serj Sərkisyan onlarla tez-tez görüşüb.
 
Bəzi məlumatlara görə, Ded Xasan Sərkisyanın karyerasının uğurlu alınmasında - onun 2008-ci ildə prezident postuna qədər gəlib çıxmasında xüsusi rol oynayıb.
 
Serj Sərkisyan 2008-ci ildə Ermənistanın prezidenti seçilib və 2013-cü ildə ikinci dəfə postunu qoruya bilib.
 
Bu müddətdə dəfələrlə bəyan olunub ki, Ermənistan prezidentinin kriminallarla əlaqəsi var. Həmin video da bunu təsdiqləyir.
 
"Cinayətkar aləmin patriarxı hesab olunan Aslan Usoyan 2013-cü ilin qışında Moskvanın mərkəzində öldürülüb.