Azərbaycanın ticarət etdiyi ölkələrin sayı 183-ə çatıb

Unikal.org xəbər verir ki, bu barədə Gömrük Komitəsinin sədri Aydın Əliyev 2016-cı ilin yekunlarına həsr edilmiş tədbirdə bildirib. O qeyd edib ki, 2016-cı ildə idxal 684 milyon manat azalıb: "İdxalın azalması büdcənin doldurulması ilə bağlı müəyyən qədər problem yarada bilər. Bununla belə şəffaflığın təmin edilməsi istiqamətində böyük iş görülür. Fiziki şəxslər tərəfindən gətirilən məhsullarla bağlı normativ qaydaların daha normal şəkildə icra edilməsi də proqnozların artıqlaması ilə yerinə yetirilməsinə kömək edib.A.Əliyev bildirib ki, Azərbaycandan valyutanın aparılması ciddi problemlərdən biridir: " 2 milyon dollardan artıq pulun ölkədən çıxarılmasının qarşısı alınıb. Həmçinin külli miqdarda civənin daşınmasına yol verməmişik".