Türkiyəli müğənni Hadisə Uludağda konsert verməkdən imtina edib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, konsert verməyə hazırlaşan Hadisə tamaşaçılarla səhnə arasına məsafə qoyulmasını istəyib.

İfaçının bu tələbi təşkilatçı tərəfindən qəbul edilməyib. Bu səbəbdən də Hadisə konsertdən imtina edib.

Lakin müğənni sosial şəbəkədə xəstə olduğunu əsas gətirərək səhnəyə çıxmayacağını bildirib.