Azərbaycan Universitetinin rektoruna müşavir təyin olunub.

Nuridə Allahyarova Azərbaycan Universitetində rektorun ictimaiyyətlə əlaqələr üzrə müşaviri vəzifəsinə təyin edilib.

Bu barədə Unikal.org-a Nuridə Allahyarovanın özü məlumat verib.

Bildirib ki, dünən müvafiq əmrlə sözügedən vəzifəyə təyinat alıb: "Bu gündən iş başındayam. İnşaallah bundan sonra da mətbuatla əlaqələrimiz davam edəcək".

Qeyd edək ki, N.Allahyarova bu təyinatadək Binəqədi rayon icra hakimiyyətində, daha sonra isə Bakı Nəqliyyat Agentliyində çalışıb.