Dünyaca məşhur müğənni və bəstəkar Emin Ağalarov sabah andiçmə mərasimi olacaq ABŞ-ın yeni prezidenti Donald Trampa uğurlar arzulayıb.

Unikal.org xəbər verir  ki, E.Ağalarov sosial şəbəkədə paylaşdığı fotoya Trampın prezident seçiləcəyinə heç bir zaman şübhə etmədiyini bildirən şərh yazıb.

"Sabah prezident olma yolunda ona inananların az olmasına, dünya mediasının ona qarşı çıxmasına rəğmən, bu ağıllı, ambisiyalı və uğurlu insan, nəhayət ki, Amerika Birləşmiş Ştatlarının prezidenti olacaq. Əminəm ki, o təkcə Amerikanı yenidən güclü etməyəcək, həmçinin dünyanı daha yaxşı edəcək. Uğurlar sizə, cənab prezident Tramp. Mən sizdən heç bir zaman, bir saniyə belə olsun şübhə etməmişəm, - deyə o qeyd edib.