Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun jurnalistlərlə bağlı sonuncu açıqlaması sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Bakı meri çıxışında fövqəladə hadisə zamanı jurnalistlərə işlərini kənara qoyub arx qazmağı məsləhət görüb.

Image result for Zeynal MəmmədliTanınmış media eksperti Zeynal Məmmədli Unikal.org-a açıqlamasında deyib ki, bu çox qeyri-peşəkar yanaşmadır: "Hacıbala Abutalıbov bu sözü ona görə deyib ki, satira və yumor proqramlarında qəhrəmana çevrilsin. Reallıqda hər kəs öz işini görməlidir. Kimsə özünə aid olmayan işi görürsə, bu sadəcə olaraq fəlakətdir. Mən inanmaq istəməzdim ki, Bakının meri Azərbaycana belə fəlakətli gələcək arzulasın. Onun dediyi kimi olsa, gərək jurnalist həm fəhlə, həm kanalizasiya təmizləyən, həm də prokuror olsun. Jurnalistin isə işi olub bitənləri xəbərləməkdir.