"Bir sıra müsəlman ölkələrində mövcud vəziyyətin ümumi mənzərəsi bizim hamımız üçün ciddi narahatlıq yaratmaqda davam edir.

Unikal.org XİN-in saytına istinadən verdiyi məlumata görə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu sözləri İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında çıxışı zamanı deyib.

"Bismillahir Rəhmanir Rəhim!lə sözünə başlayan E. Məmmədyarov sessiyanın həsr olunduğu Rohinqyada vəziyyətin İslam dünyası üçün ciddi narahatlıq yaratmaqda davam etdiyini və İƏT üzv dövlətlərindən vahid mövqe tələb etdiyini bildirib: "Ermənistan tərəfindən ölkəmizin bir hissəsinin işğalı və etnik təmizləmə faktları ilə müşayiət olunan hərbi təcavüzünün nəticəsi olaraq uzun müddətdir ki qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycan ədalətsizlik və məşəqqətlərdən əziyyət çəkənləri yaxşı başa düşür. Buna görə biz Rohinqyanın mülki əhalisinin öldürülməsi və həbs edilməsi, onların evlərinin və dini ibadət yerlərinin dağıdılması kimi reppressiya hərəkətlərini kəskin şəkildə pisləyir və Myanma rəhbərliyini bu humanitar böhranı aradan qaldırmağa və Myanmanın müsəlman əhali yaşayan hissəsində ləyaqət və sabitliyi bərpa etməyə çağırırıq. Bu məqamda mən Sivilizasiyalar Alyansının təşəbbüskarlarından biri kimi, Türkiyə Respublikasının dinlər və icmalararası dialoqun təşviq edilməsi məqsədilə buddist və müsəlman icmaları arasında görüşün keçirilməsi ilə bağlı fəaliyyətinə tam dəstəyimizi ifadə edirəm. İnanıram ki, bu yanaşma mühüm əhəmiyyətə malikdir və davam etdirilməlidir. Çünki bu, qarşılıqlı anlaşmanın təşviqi üçün möhkəm əsas yaradaraq daha artıq dərəcədə müəyyənliyin yaranmasına gətirib çıxarır. Ümid edirəm ki, İƏT Kontakt Qrupunun səyləri Mayanma hökuməti və Rakhine ştatında yaşayan müsəlman icması arasında sülhün bərpa edilməsi, onların təhlükəsizliyinin qorunması və onların fundamental hüquqlarının təmin olunması ilə nəticələnəcək.

Nazir çıxışında İsrail-Fələstin münaqişəsinə də toxunaraq bunun ağrılı məsələ olduğunu vurğulayıb: "Mən qardaş Fələstin xalqına sülh və sabitlik əldə etmək və müstəqil dövlət yaratmaq uğrunda mübarizəsində Azərbaycanın tam dəstəyini bir daha bəyan etmək istərdim. Azərbaycan İsrail-Fələstin münaqişəsinin bu müqəddəs torpaqda çoxdan gözlənilən hərtərəfli, uzunmüddətli və ədalətli sülh, təhlükəsizlik və davamlı inkişafın əldə olunmasının yeganə təminatı olan iki dövlət əsasında həllini dəstəkləyir. Biz İƏT tərəfindən Fələstin xalqını dəstəkləmək və Fələstin məsələsinə xidmət etmək üçün görülən işləri təqdir edirik

"Yekun olaraq, mən bu əhəmiyyətli tədbirə uğurlu müzakirələr arzulayir və İƏT-in Baş Katibi cənab Yusif bin Əhməd-Osaymin və onun işgüzar kollektivinə Təşkilatımızın məqsəd və prinsiplərinin həyata keçirilməsində göstərdikləri peşəkarlığa görə təşəkkürümü bildirmək istərdim.

Çox sağ olun!

Əssələmu aleykum və rahmətullahi və bərəkatuhu.