"Səhərdən axşama kimi efirdə oxuyub oynamaq olmaz. "Dünya Tv-nin bu şəkildə Sumqayıt əhalisinə lazım olub olmadığını düşünmək lazımdır.

Bu fikirləri Unikal.org-a media eksperti, professor Qulu Məhərrəmli Sumqayıtda fəaliyyət göstərən telviziya ilə bağlı fikirlərini bölüşərkən deyib. O, qeyd edib ki, "Dünya Tv-də özü monitorinq aparıb:
"Hər televiziyanın bir missiyası olur. Biri məlumatlandırır, digəri əyləncəli proqramlar verir, başqa birində kinolar üstünlük təşkil edir və.s. Yayım siyasətinin bir məqsədi, səmərəsi olmalıdır. Respublikadakı telekanallarda bəzən məqsəd aydınlığı bilinmir. Bölgə televiziyalarında da bu hallarla rastlaşırıq. Mən "Dünya" televiziyasında olmuşam, orada monitorinq aparmışam. Görünür, bunların proqram qurmaq və kadr problemi var. Arzu edərdik ki, o şəkildə olmasın. Yalnız əyləncə üzərində köklənən televiziya kanalının olmasını yanlış hesab edirəm. Səhərdən axşama kimi efirdə oxuyub oynamaq olmaz. "Dünya Tv-nin bu şəkildə Sumqayıt əhalisinə lazım olub olmadığını, cəmiyyətə fayda verib vermədiyini düşünmək lazımdır. Arzu edərdik ki, televiziya yayım siyasətini dəyişsin. Demirik ki, yalnız xəbər versin. Tarixlə, etnoqrafiya ilə bağlı ciddi problemlər var. Efirdə bu mövzu ilə bağlı maraqlı söhbətlər etmək olar. Savadsızlıq baş alıb gedir. Əlbəttə, bu işlər üçün texniki və maddi imkan vacibdir. Hər halda, buna can atmaq lazımdır. Belə olarsa, tamaşaçı da onu normal qarşılayacaq.

Image result for təvəkkül dadaşovQeyd edək ki, bir neçə gün öncə Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov "Dünya Tv-də verilişlərin əksəriyyətinin "toyxana xarakteri kəsb etdiyini açıqlayıb: "Qanuna görə, kanalların proqram səbətində maarifçilik və mədəniyyət məsələlərinə üstünlük verilməli, proqramların tarazlaşdırılması yolu ilə efirin kommersiyalaşmasının yaxud digər eynitipli verilişlərlə yüklənməsinin qarşısı alınmalıdır. "Dünya TV-də isə bu tələblərə riayət olunmadığını müşahidə edirik. Yayımçının efirində şəxsi istehsal olan maarifçilik ruhlu verilişlər yayımlanmır.
T.Dadaşov vurğulayıb ki, TV-də kommersiyalaşma məsələsində də ciddi problemlər var. Şöbə müdiri qeyd edib ki, "Dünya televiziyasının efirdə bir neçə klinikanın reklamına həsr olunan kommersiya verilişləri yayımlanır: "Yayımçının efirində gündüz saatlarında milli-mənəvi dəyərlərə zidd məzmunlu mətnlə "Kişi ürəyi adlı dərman vasitəsinin reklamı efirə verilir. Hazırda yayımçının efirinin monitorinqi davam etdirilir və müvafiq olaraq arayışlar tərtib edilir.